Günəş qürub ediyor; göy... mühitimiz gömgöy...Göz işlədikcə könül uçmaq üzrə çırpınıyor,Günəş qürub ediyor; göy... fəza, dəniz gömgöy...Uzaqda, yalnız üfüqlərdə var bir aləmi-nur.Bütün gözəlliyi həp sanki toplamış Yaradan,Dənizdə xəlqə nişan vermək istiyor əlan.Uzaqda bağçalar, əlvan çadırlar, ormanlar,Alevlənib də parıldar, gümüş sular çağlar.Mələklər əl-ələ vermiş uçar, qaçar, oynar,Mənəkşə, pənbə çiçək püskürür yanar dağlar.Qürubə qarşı dəniz səhneyi-lətafət olur.Qürubə qarşı dəniz başqa bir qiyamət olur.Çocuqkən, iştə gözəl xatirimdədir, gecələrÖyüb də cənnəti təsvir edərdilər... daimMaraqlanır, düşünürdüm: nədir şu bilməcələr?Yalanmı? Doğrumu? — derkən yanardı idrakım.Fəqət bu gün şu üfüqlərdə parlayan əlvan,İnan—diyor bana—cənnətdən etmə şübhə, inan!Günəş dalıb gediyor; köşkü andıran gəmimizUçar, uçar, qoca qartal qanatlarilə uçar.Dərin-dərin düşünürkən sönük baqışlı dəniz,Onun sükutunu yırtar da, min gürültü saçar.Günəş sönüb gediyor, ay həzin-həzin doğuyor,Hava sərinliyor, əsmərcə zərrələr yağıyor.Fəza, dəniz, bütün ətraf kölgə, həp kölgə...Köpük saçan gəminin ta ucunda bən tənha,Qoyulmuşum köpürən xızlı nəhri dinləməyəKi, çağlayıb geri aqdıqca sarsılır dərya.Balıqlar oynaşaraq həp inadü hiddətləHücum edər, atılır arqamızca şiddətlə.Könül çocuq kibi seyr eylədikcə əylənərək,Şu tərs axıntıyı keçmiş həyata bənzətiyor.Baqıb-baqıb düşünürkən, dəniz çiçəklənərək,Dağıtdı fikrimi nagah bir şəlaleyi-nur.O, iştə özlədiyim, sevdiyim gözəl mehtabKi, hər dəqiqə edər ruha gizli-gizli xitab.Qucaq-qucaq əritilmiş gümüş dənizdə aqar;Aqar da dalğalanır, cəzb edərdi hər nəzəri.Könül bu levhəyi duyduqca yüksəlir, qalqar,Uçardı göylərə, təqdis edərdi həp qəməri.Fəqət qəmərlə bərabər işıqlı yıldızlar,Parıldaşır, axışır, titrəşirdi xəndənisar...Əvət, əngin fəzadə ruh uçaraq,Kəşf edər sanki bir yığın məna.Kəhkəşan sütlü nəhri andıraraq,Əzəli bir kitab oxurdu bana.Göy, dəniz iştə bir-birindən uzaq,Eyliyor ayrı-ayrı cəlbi-məraq.Göydə bir bitməyən dərinlik varKi, donar hər düşüncə heyrətdən.Uça bilsəydi bəlkə insanlar,Bir şey anlardı bəlkə qüdrətdən.Bu dərinlik, bu ölçüsüz boşluqVeriyor hissə, fikrə sərxoşluq.Bu dərinlikdə bir həqiqət var,Gizlidir gərçi kor beyinlər için;Lakin ülviyyətilə həp parlar,Bəllidir görmək istəyənlər için.Hər təfəkkür ki, istiyor cevlan,İştə bir bitməyən geniş meydan!Bu tamaşayə qarşı bir müddətQapılıb getdi ruhi-müztəribim.Arıyorkən fəzadə bir qüvvət,Çırpınıb durdu nagəhan qəlbim.Dəli, sərsəm düşüncələr coşaraq,Göydə uçmaq dilərdi həp qoşaraq.Azacıq keçməmişdi... bir tufanQoparaq, çıldırıb qudurdu dəniz.Baqdım oynar da sallanır hər an,Bir beşikdən seçilmiyor gəmimiz.Fırlamış bir gürültü ortalığa,Dalğa, həp dalğa, hər tərəf dalğa...Yuca dağlar qədər, əvət, qocamanDalğalar gürləyib gəlir hər an.Gəmi sərsəmləyib şu fırtınadan,Bağırır, sanki istiyor da aman.Yüksəlir, yüksəlirdi ərşə qədər,Alçalır, alçalırdı fərşə qədər.Vardı hər gözdə bir təlaş əsəri,Qorqu çökmüşdü hər kəsin yüzünə.Öndə bir möhtəriz baqışlı pəriDüşünürkən, baqıb ala gözünə,Gördüm atəşli bir əməl saqlar,Ta uzaqlarda bir təsəlli arar.Bu həzin levhədən nədənsə bənimSarsılıb ruhum inlər, ağlardı.Bora şiddətlə hayqırır daim,Göy gürüldər, dəniz də çağlardı.Yalvarıb haqqa dinli ya dinsiz,“Allah, Allah!” səsilə doldu dəniz.Bu keşakeşdə möhtəşəm, məğrur,Qoca, səksən yaşında bir sima,Ulu bir dağ mətanətilə vəqurQoca bir türk edib namazı əda;Vird oqur, Haqqa eylər ərzi-niyaz,Bəlkə dağ sarsılır, o sarsılmaz.Onca təsiri yoq şu tufanın,Parlıyor qəhrəmanca nasiyəsi;Oqunur çöhrəsində TuranınŞanlı tarixi, keçmiş ənənəsi;Öylə daim mühib, ağır, düşkünBaqınırkən əzər mühiti bütün.Göydən ayrılmayan alevli gözüSaçar ətrafa şöleyi-iman.Budur ancaq duası, virdi, sözü:“Ey böyük Tanrı! Ey böyük Yaradan!Hər bəladən əsirgə yurdumuzu,Kamran eylə şanlı ordumuzu!..”

Qara dəniz, 1912

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

“İttifaq” məktəbinə bir nəzər

“İqbal”ın 696-cı nömrəsində “İttifaq” məktəbinin bugünkü halını həmiyyət sahiblərinin ixtiyarına ərz etmişdik. Əcəba, fəryadımızın nə kibi tə’siri oldu? Məktəb haqqında nə yapıldı? Maliyyə cihəti tə’min edildimi? İanələrin daima müntəzəm bir surətdə alınması təəhhüd olundumu?.. Bunları bilməyoruz. Bildiyimiz bir şey varsa o dəxi bu xüsusda kəndilərini əlaqədar bilən kimsələrin e’tinasızlığı və laqeydliyidir ki, ciddən şayani-təəssüfdür! Hələ “Simurğ” və “Kimya” tə’birinə şayəstə olan cəmiyyəti-xeyriyyə ə’zasının saiqeyi-nifaq və ədavətlə – hiç bir gunə təşəbbüsdə bulunmamaları hissiinsaniyyə ilə mütəhəssis olan bütün ərbabi-vicdanı dilxun etsə gərəkdir. Vaqtilə mədrəsə üzviyyətinin öz ailələri arasında kəndilərinə mədari-iftixar bilən möhtərəm kimsələr əcəba nədəndir ki, böylə mevqelərdə yaqalarını sıyırırlar. Mədrəsənin maddi və mə’nəvi ehtiyacına müavinət etmək öylə dursun, qapısından belə keçmək istəmiyorlar. Rəyasət həvəsilə uçan zəvat niçin öhdələrinə tərtib edən vəzifənin ifasında müsamihəkar davranırlar? Doquz illik bir maarif müəssisəsi qapanıb yüz nəfərə qərib, mə’sum çocuqlar pərişan, səfil olunca bu vicdani məs’uliyyətin qarşısında bulunanlar əcəba nə kibi bir mə’zirət bəyan edə bilərlər?Məcmui bin üç yüz rublədən ibarət olan sərmayeyi-təvəkkül (kapital)dən tə’til maaşlarını və bir taqım müsarifati-sairəyi tə’diyə etmək için iki təqsit etmək üzrə beşər yüz rublə, cəm’ən bin rublə mədrəsənin sandığından alınmışdır. Bu gün mədrəsənin sərmayəsi naminə ancaq üç yüz rublə sandıqda mevcudu vardır ki, o dəxi mədrəsənin altı aylıq bədəli-icarı deməkdir.

1 мин
Müharibə və ədəbiyyat

Tuhaf şey!.. Nerəyə getsən, hər nəyə baqsan, bir sarsıntı, bir pərişanlıq hökmfərma... Bütün könüllər iztirabda, bütün ruhlar həyəcanda, bütün gözlər intizarda...Kürreyi-ərzin, şu canavar yatağının bir bucağı, bir nöqtəsi yoq ki, duyduğumuz saldırışlardan, eşitdiyimiz gurultulardan mütəəssir olmasın!

9 мин
M.Qurbanəli Şərifzadə

NekroloqSəmimi millət xadimlərindən biri də tərki-həyat etdi. Əvət, M.Qurbanəli Şərifzadə həzrətləri də sönüb getdi, həm də bəlirməsini, parlamasını sezdirməyən bir qıvılcım kibi söndü.

3 мин
Bisət

BİSƏTAydın və yıldızlı bir gecə. Məkkə yaxınlığında Hira dağı. Ətrafda mağaralar, yalçın qayalar, sarp enişlər, qorqunc uçurumlar...Peyğəmbər əli alnında dərin düşüncələrə dalmış... O, qırq yaşında, gözəl, veqarlı bir sima... Alnı, köksü, omuzlarının arası geniş; rəngi gül rənginə mail əsmərimsi və nurani... Saçları nə pək qıvırcıq, nə də pək düz; sağalı bir tutam, sıq və tam; biləklər, qollar qalın və qüvvətli... Böyük başlı, hilal qaşlı, çəkmə burunlu, dəyirmi çöhrəli, orta boylu, iri gəmikli; kirpikləri uzun, iki qaşının arası açıq, fəqət bir-birinə yaqın. Gözləri qara və büyücək... İştə o dalğın və müəmmalı gözlər... Gecənin sükutunu oqşayan həzin və bayıltıcı bir ud zümzüməsini dinləyərək, uyuyor kibi, kəndindən keçmiş. Bu sırada pənbə, mavi, mənəkşə nurlar içində altun qanatlı, füsunkar bir mələk göydən enər və ilahi bir ahənglə Peyğəmbərə xitab etməyə başlar.

19226 мин

Стихи других поэтов · О природе