Hər tərəf nəşədar, hər yer şən...Yenə hər şeydə bir təravət var.Günəşin cilveyi-lətifindənVəcdə gəlməkdə nevərusi-bahar.

Dənizin səfheyi-səma rəngiYenə elmasparələr saçıyor.Çırpınan ruh için oqur sankiHər kiçik dalğa bir nəşideyi-nur.

Pənbə şəmsiyyəsilə bir dilbər,İştə sahil boyunca sallanaraq,Süzülən pənbə bir qayıqda yüzər,Bir mələkdir ki, xabgahi-şəfəq...

Mayıs oqşar da gül yanaqlarını,Bayılır, məsti-zevq olub titrər.Gah öpər möhtəris dodaqlarınıƏndəlibanə tatlı zümzümələr.

Ah... bilməm bu hüsni-xoşəlhan,Hanki qəlbin şüküftə qönçəsidir?Bu mələk qiz, bu nuri-xoşcərəyanƏcaba, bir dəniz pərisimidir!?

-Kağızxanə.*

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе