Erkək, qadın, əsgər, çocuq, ixtiyar— Əsir — deyə, minlərcə türk övladı:İssız bir adanın qoynunda sızlar,Sorulmaz dərdi, duyulmaz fəryadı.

İştə kinli bir məzarlıq ki hər günYığın-yığın insan udar da, doymaz;Sağlam vücudlar belə düşgün, ölgün,Ümidsiz bir heykəldən fərq olunmaz.

Gülümsərlər, fəqət həp gözlərindəİntiqamlı şimşəklər çaxar, durur.Çırpınırlar, solmuş bənizlərindəBir çox gizli, sönük əməllər uyur.

Yalnız soyuq, yağmur, boran, fırtınaOxşar durur bu məhzun könülləri;Üryanlıq, xəstəlik, aclıq bir yana,Susuzluqdan həp qurumuş dilləri.

Amansız qartalın vəhşi dırnağıMəsum yavruları didib parçalar.İştə ədalət! İlanlar yatağıİnsanlara məskən verilmiş qərar.

Nerdə o sərxoşlar ki həp “qardaşlıq,Birlik, bərabərlik” deyə sayıqlar.İştə bir vəhşət ki, çəkilməz artıq,Dost deyil, düşmən belə görsə ağlar.

Ey türk eli! Ey milyonlar ölkəsi!Saqın duyma nədir bu hal, bu dəhşət;Titrətməsin səni bu qardaş səsi,Korluq, sağırlıq o da bir səadət!...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов