Demə, şairinki dil davasıdı,Şapalaq vurmağa qolumuz da var.Bir az başımızda ağlımız da var,Bir az cibimizdə pulumuz da var.

Çox qoçaqlar yoxa çıxdı ortada,Kimin baxtı kimi yıxdı ortada?Nə olsun ki, bir şey yoxdu ortada,Hələ sağımız da, solumuz da var.

Min ildi doğulub-ölürük, atam,Ağlasaq, kiriyə bilirik, atam,Hələ ki yeriyə bilirik, atam,Hələ ki getməyə yolumuz da var.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О мудрости