Nə varlıdı bu torpaq;Burda quş dimdiyindənYerə düşən dən - bitir.Hər şeydən yaxşı ancaqBu torpaqda qəm bitir.

Qəm bitir bu torpağınDaşında, qayasında.Buludundan qəm yağır,Dərd çıxır quyusundan.

Yoxlasan, burda hərəBir dərd ilə xəstədi.Burda körpələr beləDərd çəkməyə ustadı.

Bizi yaxşı tanıyırBu dünyanın dərdləri.Bizi deyib gəlirlərAdlayıb sərhədləri.

Burda dərdlər kef çəkir,Hamısı dipdiridi.

Bura bütün dərdlərinSığınacaq yeridi.

...Nə varlıdı bu torpaq,Bir əkirsən - dörd bitir.Hər şeydən yaxşı ancaqBu torpaqda dərd bitir.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О родине