Bu gün şəhərimiz səssiz kinoydu.Nəhəng maqnitafonayığıb səslərisallamışdıq dənizə.Dözə bilmədilərbalıqlar ancaq,Üzə-üzəsahilə atdılar maqnitafonu.Səslər qayıtdılarşəhərimizə.

Bir maşın fitiküçələrdən keçə-keçə,Çığıra-çığıra saldı özünüsəssizcə gedənbir "Moskviç"ə.Qəzet oxuya-oxuyayeriyən çeşməkli qocasəksənib atıldı səkiyə,Sonra baxdıyanındançığıra-çığıra ötəntəkərli təhlükəyə.

Həyətimizə girdiAlabaşın səsiyləMəstan pişiyin səsidalaşa-dalaşa.Məstan pişik göydə qapdıAlabaşın səsini,hürdü Alabaşa.Özü öz səsindən qorxubdırmaşdı ağaca.

Maqnitafondan sıyrılınca,Düşüb relslər üstəqatar dalıncaqaçdı "dayan" deyən bir oğlan səsi.Bir qız "əlvida"sız getdi vaqonda...Ölüsü içindəndirilib qaçanbir tabut kimiSahildə qalmışdı maqnitafon da...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов