Sən də gec-tez bezəcəksən,adam hər şeydən bezir.Quş da uçmaqdan yorulur,Allah da göydən bezir.

Şair də sözdən iyrənir,söz də şairdən bezir.Lap yüz ilin ölüsü dəbir gün qəbirdən bezir.

Küçədə rastına çıxsayüz il qabaq ölənlər, -Qorxma, salam ver - keç, qorxsunqoy arxanca gələnlər.

Yüz il sonra sən də çıxsanbir adamın rastına, -Salam ver - keç səndən bir azdiri olan dostuna.

Ölülərə dirilərinyaxşı tutur dostluğu.Haçan olub bir ölününbu dostluğu pozduğu?!

...Get, əlimi üzdüm səndən,Getməsən, dalaşarıq.Gəl ayrılaq, küsdüm səndən,Ölərəm, barışarıq...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов