Üzümə qırışlar düşür,üzümü sevə bilmirəm.Bilmirəm, bu necə dərddi;özümü sevə bilmirəm.

Haçan batdım günaha,kim məni qarğışladı?Yazdığım misralardandeyəsən dərindi dahaalnımın qırışları.

Yola saldım gedənləri,gələnlərdən xəbər yox.Qabaqdan bir gecə gəlir,arxasında səhər yox.

Yatıb qaldım, qapımızdanömür ötdü, gün ötdü.İndən belə bircə qız daağlamaz məndən ötrü

Xəbərim yox, çöldə də nə var...Deyirlər ki, payızdı.

Dünya, səndən doydum daha,Get, acları doyuzdur!..Hansı damdan gəlir, Allah,o mollanın əzəmi?!.Qoyma, məni aparacaqbu payızın xəzanı.

Neçə dondan-dona düşdüm,bu sonuncu donumdu.Bu üz mənim son üzümdü,bu üz mənim sonumdu.

Son nəfəsim dodağımdan uçanda,bu üz mənimözgə əllə yuyulası üzümdü.Bir il-beş il bundan sonra, haçansa,tabutuma qoyulası üzümdü.Bu üz mənim son üzümdüson günümün yiyəsi.Bu dünyadan gedən üzünnə yaxşısı, nə pisi?!.

...Bu qırışan üzümüsevməyə də mənə güc ver, ilahi!Bu sifətdə, bu görkəmdə özümüsevməyə də mənə güc ver, ilahi!İndən belə heç kəs məni sevməsə,yenə güc ver, özümü sevə bilim.Ağac öz son yarpağını sevəntəkbu qırışan üzümü sevə bilim.

Ölüm nədi?Hamının son vətəni...Son yarpağı qoparan son küləkdi.Bu dünyadasevgilərin çətiniQocalıqda özümüzü sevməkdi...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов