Deyirlər, yuxuda ölmək asandı...Özün də bilmirsən necə ölürsən.Səhər tezdən eşidirsən əzandı,Yuxudaca kirimişcə ölürsən.

Bir göz qırpımında qurtulur canın,Ruhun bədənindən uçur quş kimi.Əlində qalmırsan dərdin, dərmanın,Dərdə də salmırsan evdə heç kimi.

Kim deyir, yuxuda ölmək asandı?..Kim bilir, necədi yuxuda ölmək?!Bəlkə də, ən böyük dərddi, əzabdı,Ən pis işgəncədi yuxuda ölmək.

Bir göz qırpımında yuxuda bəlkəİllərcə belində daş daşıyırsan.Nəfəsin kəsilir axırda bəlkə,Ömrünü daşlara bağışlayırsan.

Bir göz qırpımında yuxuda bəlkəCəllad baltasıyla üzülür başın.

Orda qızıl qanın axında bəlkəYastığa süzülür burda göz yaşın.

...Yuxuda ölməkdiən rahat əcəl...Bu da, bir yalançı təsəllidimi?Görəsən yuxudasəni boğan əlDüşmən əlidimi, dost əlidimi?!

Nədi bircə anda ömrə son qoyan?Beynə axıb sızan bir damla qandı.Kimdi qəbrin üstə ən bərk ağlayan?Bəlkə də, yuxuda səni boğandı.

Gecə qorxu çökər yuxumuza da;Tərpənər kiminsə qara kölgəsi.Bəlkə hasar çəkək yuxumuza da,Heç kəs yuxumuza girə bilməsin.

Bəlkə heç yatmayaq -hər yatanın daƏgər oyanmamaq qorxusu varsa.Bəlkə heç yatmayaq -ömrün sonundaOnsuz da, bir əcəl yuxusu varsa.

Amma yuxun gəlir -görürəm elə;Daha yavaş-yavaş yumulur gözün.Yat... sabah oyanmaq ümidi ilə...Yuxun şirin olsun -uyu, əzizim...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов