Mənim üzüm gülən deyil,Təki sənin üzün gülsün.Məni görsə "əmi" deyibOğlun gülsün, qızın gülsün.

Mən ki sənə yaraşmadım,Söz demədim, dalaşmadım,'Ulduzumuz barışmadı,Qoy yenə ulduzun gülsün.

Yüz il qocalma, qarına,Bir səhər çıxıb yolumaDuz səpsən köhnə yarama,Yaram gülsün, duzun gülsün...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов