Çarpayım boyuma qısa, ömrüm həsrətinə
Çarpayım boyuma qısa, ömrüm həsrətinə,– ürəyimdən keçən nəğmələrinləpir yerində laxtalanar qanım.Gecələr adını yazaramevimin divarlarına,Üstəgəl mənim adım,bərabərdi məhəbbət.Səhər -günahsız uşaqlarıdöyərəm yalandan.
Evimin divarında,Hördüyü hörümçək torundabir qoca hörümçək öldü bu gecə yarı.Tor saplarındaiçi yeyilmiş kəpənək günləriminquru qanadları.
...Haçansa, günlərin bir günündə -Bir telefon dəstəyinibıçaq dəstəyi kimisıxacaqsan əlində.Deyəcəksən:– Gözləmə, bəsdi, canım!...
Amma... bağışla məni, xanım,gözləyirəm səni yenə... yenə...Çarpayım boyuma qısa, ömrüm həsrətinə,ürəyimdən keçən nəğmələrinləpir yerində laxtalanar qanım...
Kitabxana.az · https://kitabxana.az/ru/works/ramiz-rovsen-carpayim-boyuma-qisa-omrum-hesretine
Клавиши ← → для перехода, R — случайное стихотворение