Bu məhəbbət oyunuqəribəydi, qəribə

İçəridən bağlananotaqlar da qəribə.Pəncərədən boylananbudaqlar da qəribə.O aldadan, aldanandodaqlar da qəribə.

Qəribəydi, qəribə;Uduzanın verdiyiöpüş-öpüş cərimə.

Qəribəydi, qəribə,nə qəribə oyundu.Şam kimi bir dümağ qızpaltarını soyundu.Beş cüt kibrit barmağınalovunda yuyundu.Kirpikləri yumuldu,Ən ləzzətli ufultu...

Sus!..Az danış, az soruş;"Bu oyun necə bitdi?".Budaqdan boylanan quşUtandı, uçdu-getdi.

Qəribəydi, qəribə;bir qız başı əyildi.Bəlkə oyun deyildi,bəlkə oyun deyildi?!..

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О разлуке