Köhnə məhəbbətlər limanı
Qəzəb oyuncağı...sevgi savaşı...Səssiz qələbənin bic gülüşləri.Bir qız gözlərinin son yalvarışı,Bir qız dodağının ilk öpüşləri.
Bir "körpə xanımın" gəlinciyindənQırılan düymələryolların üstə.Ən uzaq illərin yelləncəyindənYıxılıb düşərsən qollarım üstə.
Köhnə məhəbbətlər, köhnə nağıllarSıyrılar illərin dumanlarından.Batmış gəmilərtək üzə çıxarlarQəlbimin ən uzaq limanlarında.
Uzaq limanların işığı sönsə,Ən uzaq limandan qayıdan mənəm.Dünyanın ən gözəl gəmisi sənsən,Dünyada ən igid kapitan mənəm.
Gəmilər əl edər bayraqlarıyla,Dalğalı suları hamarlayarlar.İşıqlar yuxulu barmaqlarıylaDənizin saçını tumarlayarlar.
Gecənin sonuncu duracağında,Bu dəcəl görüşün son anında biz,Yenə ayrılarıq səhər çağındaKöhnə məhəbbətlər limanında biz.
Üfüqlər bulanargünəş balına,Dəniz də yalayar dodaqlarını.Yeyər aclığından həsrət-balınaXırdaca xatirə balıqlarını.
İtər məhəbbətlər limanı sonra,Tilsimlər qırılar,ovsunlar düşər.İndi dalğalara atılan toraYosunlar ilişər,yosunlar düşər.
Son ümid yellənər sınıq əliylə,Təzədən görüşmək gümanı ağlar.Qağayı diliylə,balıq diliyləKöhnə məhəbbətlər limanı ağlar.
Bu ağac öləcək.Üzündən-gözündən tökülür ölüm,bu ağac öləcək bu gün, ya sabah:
Bu ağaca qonano quş öləcək.Üzündən-gözündən tökülür ölüm,o quş da öləcək bu gün, ya sabah.
O quşa dən səpənbu qız öləcək.Üzündən-gözündən tökülür ölüm,bu qız də öləcək bu gün, ya sabah.
Bu qızı sevməyə dəyməz,O quşa baxmağa dəyməz,Ağaca çıxmağa dəyməz.
Ağaca çıxmadım,Quşa baxmadım,Qızı sevmədim.
Quş uçdu isti bir yerə,Qız getdi... qız getdi ərə,Ağac da ki, durur hələ;bir mənəm, bir də, bu ağac.Kəndir tapıb, bu ağacdanasılmağa qaldı əlac...
Kitabxana.az · https://kitabxana.az/ru/works/ramiz-rovsen-kohne-mehebbetler-limani
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Getməz qonaq budur ki aliyi-mədardənTa yetməsə xəbər ona fəsli-bahardən
AğlaramFikr eylərəm, didəm dolur yaş ilən,Mən olmuşam bəxti qarə ağlaram,
ای نهان در ذات پاکت ذات کَونوی عیان نور تو در مرآت کَون
Fərəhli gördüyün könlüm olub qəmxanə-qəmxanəFərəhli gördüyün könlüm olub qəmxanə-qəmxanə,Ləbi-ləlin fərağında dönüb al qanə –alqanə.