Qara paltarlı qadın
Kişilər bir olmur, atam balası, -qorxağı var,igidi var.Amma hər kişinin öləndən sonraqəbri üstə ağlayasıBir qara paltarlı gözəl qadınaümidi var.
Sən öləndəkim olacaq gözlərini bağlayan?Qardaşımı olacaq?Yadmı olacaq?Bu dünyadabəlkə sənə ən çox ağlayanƏn çox ağlatdığın qadın olacaq.
Göz yaşları yuduqca baş daşını,Qəbrində qurcalanıbdeyəcəksən, ilahi,İllər boyu ağlatdığım bu qadıngörən necə saxlayıbbu qədər göz yaşıını?!
Bircə kərənə saçını oxşamışam,nə gözünü silmişəm,
Gözlərimə batır indisaçlarının hər dəni.İllər boyubu qadına mən axı dərd vermİŞəm,İndi görən niyə çəkir dərdimi?!
Bu qadınbaş daşımıöpüb sığallamaqdansa,Yumruğuyla döyə, döyə yaxşıdı.Qəbrimin üstündə ağlamaqdansa,Məni söyə yaxşıdı.
Yeri, yeri, qara paltarlı qadın,Kiri, kiri, qara paltarlı qadın.Bu qəbir də min qəbirdən biridi,baş daşımı bəsdi basdın bağrına.Bütün mənə ağlayanlar kiridi,sən də kiri, qəbrim damır, ağlama!..
Kitabxana.az · https://kitabxana.az/ru/works/ramiz-rovsen-qara-paltarli-qadin
Клавиши ← → для перехода, R — случайное стихотворение