Federiko Qarsia Lorkaya

Kimin xatırındadınəğmə qırğını ili?Nəğmələri öldürürdülər.Nəğmələrşairlərin qapısınıdöyürdülər:– Açın!Gizlənək...Qapını açan oldu,Nəğməsiylə bir vurulduqapısı ağzında.Kimisi də bağladıqapını bərk-bərk,Otağın bir küncünəqısıhb gizlənərək.Nəğməsi öldürüldüqapısı ağzında,Beş cüt qanlı barmağınizi qaldı qapısında.

Nəğmələri dəfn etmədilər.Qarğalar dimdiklədiölü nəğmələri.

Və... sayı artdı bülbüllərin.Nə bir səs, nə hənirti...Boğazından asılmışgitaralarküləkdə yellənirdi.Sonra bir qoca gəzdidünyanınqanlı torpaqlarını,Örtdü ölü nəğmələrinaçıq göz qapaqlarını...

Kimin xatırındadınəğmə qırğını ili?!Təzə-təzə vərəqlərə sarındınəğmələrin köhnə yaraları,Bağrımıza basmışıq sınıq gitaraları;torpaq ətri qoxuyuruq.Nəğmə qırğınında ölənnəğmələri oxuyuruq...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов