"Nazim Hikmət" gəmisi
Bu nəğməgöz yaşındanislanmır.Salam, İstambul, İstambul...
Səsləndi" Nazim Hikmət" gəmisininfitiOyatdı yuxudanlimanda yatansərsəri iti.Oyandıyük daşıyan hambalların gözündəpulqazanmaq ümidi.İstambulun ümidiNazimədir yenə də,hey gidi dünya, gidi...
Bura İstambuldu, Lidiya İvanovna.Çıxaqxatirə ovuna.Bazarlarda qovuna bax,qovuna...Yəqin rast gələcəyik
Naziminalverçi qohumuna.Nəyi olmasa da istambullunun,var yaxşıca bığ eşməyi.Yaxşı görmürsünüz, doktor,çıxarın çeşməyi.
Bura İstambuldu,seyr et, gözüm.Ayaqlarım gəzin, gəzin.Məsçid minarəsindənboylanır Nazim:"Gəzin, quzum, İstambulu,Ürəyimdəiki İstambul da varbundan savayı;Bir xatirə İstambulu,bir arzu İstambulu.
Bu gəmi mənim evimdi,Evimi gördüm, sevindim.Bu gəmidə yer verinİstambul yurdsuzlarına,avaralarına.Bir sevincək sərxoşundivara çırpdığı qədəh kimiÇırpacam ürəyimibu gəminin divarlarına.
Osman oğlu Haşım, qardaşım!Siz burda nə axtarırsınız?
Belə arıq, belə cılız.Kapitan, ona yük verməyin!Yıxılıb ölə bilər....Bir dəfə də yıxılıb ölmüşdü".
...İstambula duman çökür.Bir gəmi ayrılırsahildən.Nazim qalır limanda,Nazim itir dumanda.Bu gəmigöz yaşındanislanır,Əlvida, İstambul, İstambul...
Kitabxana.az · https://kitabxana.az/ru/works/ramiz-rovsen-nazim-hikmet-gemisi
Клавиши ← → для перехода, R — случайное стихотворение