Dənizə qar yağır.Qar yağırqayıqlara,qayalıqlara.Şaxta baba, nə olar,bir dəfə də dənizə gir,hədiyyə aparbalaca balıqlara.

Dənizə qar yağır.Amerika kosmonavtları kimisuya enirqar dənələri.Mister Heminquey,qocanıdənizə buraxmayın,dənizə qar yağır.

Dənizə qar yağır.Köhnə gəmilərə bənzərəm,köhnə, yorğun gəmilərə.Dalıqatlı uzanmışamsahildə,gözlərimə qar yağır.

Qışı limanda qalacaq gəmilər,Mehmanxana olacaq gəmilər.Bu gecə səhərəcənlimandakı bir gəmidəyatmaq istəyirəm mən, -evim olsa da...

Dənizə qar yağır;ağappaq, yupyumşaq.Çal gəminin fitini, kapitan!Sahilə çıxsınbir dəstə balıq,bir dəstə uşaq.Qartopu oynayaq...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов