Bu nə dağdı, bu nə sürü,Sən bu dağda sürüyə bax.Ətdən əti, süddən südü,Papaq-papaq dəriyə bax.

Bu sürünün köpəyi yox,Bu çobanın köməyi yox,Çomağı yox, tütəyi yox,Görən deyər, dəliyə bax.

Sürü gedər aram-aram,Durub gendən çağıraram,Bəlkə elə canavaram,Çoban, bir dön geriyə bax!..

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов