Dırnağından telinəcənBu adam sənsən beləcə,İndi bacar, ölənəcənBu adamın döz içində.

Üz-gözünə yel də döyər,Gün də vurar, qar da döyər,Ürək ki, yumurta deyil,Niyə bişər öz içində?!

Uçar divar-divar için,Yer-yerdən yarılar için,Döyülər, qaralar için,Heç nə görünməz içində.

Dünyanın dadını gördün,Gəzdin, hər addımı gördün,Hər yandan qayıtdın-gəldin,İndi buyur, gəz içində!..

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов