Ey uşaqlar, edək biz də qeyrət,Taki, təhsil edək adəmiyyət.Bəlkə, bizdən gedə bu cəhalət,Çəkməyək xalqdan bari-minnət.Keçməmiş, keçməmiş vaxt-fürsət,Eyləyək, eyləyək dərsə diqqət.

Elm təhsil edən oldu rahət,Elmsizlər çəkər çox məşəqqət.Hər o kəs elmdən tapsa qismət,Çəkməz axırda hərgiz nidamət.Keçməmiş, keçməmiş vaxt-fürsət,Eyləyək, eyləyək dərsə diqqət.

Çox tərəqqi tapıb cümlə millət,Biz də təhsil edək istirahət.Ciddü cəhd eyləsin əhli-qeyrət,Bəlkə gəlsin ələ elmü sənət.Keçməmiş, keçməmiş vaxt-fürsət,Eyləyək, eyləyək dərsə diqqət.

Söyləyin cümlə yarü rəfiqə,Vaxtımız etsin bir dəqiqə.Bir dəqiqə bizə filhəqiqə,Artırır hədsiz qədrü qiymət.Keçməmiş, keçməmiş vaxt-fürsət,Eyləyək, eyləyək dərsə diqqət.

Cümlə aləm edib elmə rəğbət,Tapdılar hər biri şən-şövkət.Bu nə insanfdır, nə mürüvvət?Qonşulardan çəkək biz xəcalət.Keçməmiş, keçməmiş vaxt-fürsət,Eyləyək, eyləyək dərsə diqqət.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О мудрости