Göz görürsə…Gözün işi görməkdir,Bu – sirr deyil, bir kəsə,Görməklə iş bitmir hələ.Göz gərək axa, süzülə, xumarlana,Göz gərək parlaya, işara, alışıb-yana,Gah təbəssümlə dola, gah qəmlə dola.Gah göz vura, fikrə qərq ola, xəyala dala,Gah şoğunu itirə, saralıb-sola, süst qala.Gah sakit çay kimi axa,Gah şimşək olub çaxa.Hərdən bimanə görünə, hərdən də pürməna.Gözdə qəzəb, nifrət, kin-küdurət var,Gözdə rəhm, qılıq, mehr-məhəbbət var.Körpəni, uşağı qoruyar, gözləyər,Ən əziz sirrini dərində gizləyər.

Ataya-anaya göz olar – göz,İşıqlı dünyaya vurular – göz.Dosta, yara bir cürə baxar,Özgəyə, yada bir cürə baxar.Göz vurğundur təbiətə –Gördüyünə edər qibtə.Həsrətlə baxar Aya, Ulduza, Günəşə, Göyə,Dağı, dənizi, çəməni, düzü seyr eləyər.Gah uzağa, yaxına zillənə,Üfüqə boylanar, yola dikilər.Gah da dənizdə dalğa kimiAxşam-səhər qabarar – çəkilər.Saymaqla qurtarmaz»Amma, bunlardan daha əfzəl,Daha vacib bir işi var gözün,Göz gərək ağlaya bilə,Göz onda daha gözəl olur.A mənim canım, gözüm!Ürək gizlində ürəkdir, göz – üzdə ürək!Göz yaşarırsa – yaşayır demək!

Uşaq kimi kövrələndə,Bulud kimi dolanda,Bir anda, birdən,Birər-birər, dən-dənYanağa süzüləndə,İnci tək düzüləndəGəl, gör gözü!Onda aləmdir göz!Üstünə şeh damanBir cüt odlu köz,Sönər sızıldaya-sızıldaya…

Ağla, gülüm ağla,İçin-için ağla, narın-narın ağla!Ağla zar-zar, korun-korun ağla,Hönkürüb ağla, hıçqırıb ağla!Sus-pus ağla, qışqırıb ağla,Ağla, zülüm-zülüm ağla!Qorxma, göz yaşı aparmazGözünün qarasını.

Göz yaşında taparsanSən dərdinin çarəsini.Göz yaşı –Kəsər qəlbin ağrısını.Yuyar intizarı, nisgili,Təsəlliyə döndərər pis günü.

Göz yaşı duzludur, acıdır,Dərd şirin olmaz ki?Bu dünyada yalnızqəlbi daş olanıngözləri dolmaz ki!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О мудрости