– Bir dəst paltar tap mənə!– Uzun olsun, yoxsa gödək?– Nə uzun, nə gödək – əynimə!– Yun olsun, yoxsa ipək?– İpəyi neynirəm, ə?!– Sənəti nəçi olsun,xasiyyəti nə olsun?– Paltar adamdır məgər?– Adam deyil, bə nədir?Bu şahdır, bu da nökər,bu qəhrəman, bu əsgər.bu qorxaq, bu yalançı.Yalançı dəbdədir ha!– Olmuşam!– Bu yerlibaz, bu yaltaq.Yaltaq da dəbdədir ha!– Köhnəlib ta, keç ondan.– Bu yarımçıq, bu nadan,bu xəsisdi, bu paxıl,bu namərddi, bu mərddi.Bu rəf apaydın nağıl,bu rəf qapqara dərddi.Bu rəf ümid…– Ə, qurtar,Nadan, xəsis, paxıl, namərd.Bunlar keçilmiş «etap»dır,bunlar oxunmuş kitabdır.

Yerdə qaldı,nağıl-filan,bir də ümid…Ümiddən bir qəpik fərzdir.Şirin nağıl yetər, bəsdir…Dərddən də keç, kətdim!Dərddən mənə nə?Bir kefimi dəyişmərəm,min insanın dərdinə.– Bir de,paltarın cibi olsunmu?– Qoşa-qoşa, quyu-quyu…Bu dünyadaindi bütün günahları pul yuyur.– Yaxası necə?– Olmasın!– Əlbəyaxa olsam əgər,yaxam keçməsin ələ!– Ətəyi olsunmu?– Yox!– Niyə?– Elə-belə!«Əl mənim, ətək sənin» deyənlərinqoy kəsilsin ümidi.– Bunu da bildim.Amma, o paltara toxunma,Çirkləndirmə o yazığınastarını, üzünü.Bu tərəfə bax,bu rəfə bax,burda axtar özünü.– Olarmı ki, bu rəfielə bütün-bütünəgeyinim gedim?– Olmaz, qardaş!– Pulunu verərəm.– Olmaz, dedim.Sənin paltarıntikilməyib hələ.Sənin kimisi səhnəmizə də gəlməyib hələ.

(Sifarişçi acıq eləyib gedir. Kirayəçiməntəqəni bağlayıb onun ardınca qaçır). –Dayan!– Nə olub, ə!– Bir dəstə öz paltarındanməntəqəyə göndərsənə!– Bİrcə o qalıb, ə!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов