Lalə, rəngindəki yanğın, de, nədir?Niyə məlulsan, a dağlar qızı, sən?Qara qanlarmı gedir qəlbindən?Hansı dərd, hansı şirin xatirədirSəni odlarda yaxan?O uzaq yollara həsrətlə baxanQara gözlər, de, neçin dolğundur?Lalə rəngin nə yaman solğundur?

Lalə, qalx! Gün yayılıb dağdan aşır,Yel əsir, axşam olur, çay da daşır.Quşlar, insanlar uçur öz yerinə,Sənsə yalqız, əli qoynunda yenəQəlbin, eşqin kimi təkTozlanan yollara göz gəzdirərəkAh çəkirsən, de nədən?Lalə, bəsdir! Onu gəl gözləmə sən.Keçdi üstündən o dəhşətli bulut…İçdiyin andı, quzum, sən də unut!Yüz il ansan da onu xatirə təkO vəfasız qayıdıb gəlməyəcək…

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов