Gəl verək əl-ələ, yoldaş oğlan,Cəm olaq bir yerə, qardaş oğlan.Bir çıxaq cəhldən biz kənara,Elm təhsil edək bir baş, oğlan.Yet İlahi, bizim dadımıza,Əcr əta eylə ustadımıza.

Fikr edək biz gərək sübhlə şam,Elm, sənət üçün edək iqdam.Ta ola qəlbimiz bircə aram,Biz də rahat olaq ey kaş, oğlan.Yet İlahi, bizim dadımıza,Əcr əta eylə ustadımıza.

Ey Xuda, bax bu bal-pərə sən,Ömr əta eylə baislərə sən.Gülüstan içrə gülün dərəsən,Ta olaq millətə yaddaş, oğlan.Yet İlahi, bizim dərdimizə,Əcr əta eylə ustadımıza.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О божественной любви