İlxılar
İlxılar keçdi, ilxılar;madyanları, qulunları,qamçıya qul olanları.Tapdaladılar, keçdilərİncilləri, Quranları.
At belində çapanlarınəllərində qılıncları.At belində qırardılarbellərindən quluncları.
İlxılar keçdi, ilxılar;oddan, alovdan, tüstüdən.İlxılar keçdi, ilxılar;illər, nəğmələr üstündən.O illərin üzü ləkə,Nəğmələrin üzü ləkənal izindən, nal izindən.
Göydə günəş batanacanilxılar keçdi, ilxılar.Biz bu çölə çatanacanilxılar keçdi, ilxılar.
Yaxşı ki, keçdi ilxılar......Görən yenəmi ilxı var?!
Kitabxana.az · https://kitabxana.az/ru/works/ramiz-rovsen-ilxilar
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Yanaram, yanaram, dilim dönməz,Qərib qərib qürbət ellərdə qaldım
AğlayıbdırSəhərdən vardım köyünəGördüm yarım ağlayıbdır
Nə vəhşi könlüm ol ahunigəhdən qeyrə ram olmazNə vəhşi könlüm ol ahunigəhdən qeyrə ram olmaz,Nə anın hicrinin nöqsan olan ayı tamam olmaz.
Mirzalı xan ilə deyişməQ u r b a n iKönül qalxdı Bərdə sarı yeridi,