Mirzalı xan ilə deyişmə
Q u r b a n iKönül qalxdı Bərdə sarı yeridi,Orda bir ölkə var, adı Gəncə hey!..Gözəlləri, məhbubları, xubları,Xub batıblar mala, mülkə, gəncə hey!..
M i r z a l ı x a nBaşına döndüyüm gülüzlü oğul,Dərd çəkməyə heç kim olmaz məncə hey!Gözəl sevib, abdal olub çaşıbsan,Tayın yoxdu soltanca hey, xanca hey!
Q u r b a n iQarıncalar yuvasını qayırdı,Gözəl kəklik balaların doyurdu,Fələk vurdu gözü yaşlı ayırdı,Aram düşüb nazlı yardan gencə1 hey!
M i r z a l ı x a nYatmaq üçün gözlərinin xabı var,Dərd çəkməyə mən yazığın tabı var,Hər adamın tayı-tuşu, babı var,Tutmaq olmaz hər yetənlə pəncə hey!
Q u r b a n iQurbani der: Vüsalına ermədim,Əl uzadıb qönçə gülün dərmədim,İran gəzdim, Turan gəzdim, görmədim,Gözəllikdə, məhbubluqda onca hey!
M i r z a l ı x a nMirzalıyam, əldən getdi varımız,Kimlər çəkər namus ilə arımız?Çünki olduq xeyrə, şərə yarı biz,Gəlsən bölək borcu sənnən təncə hey!
Kitabxana.az · https://kitabxana.az/ru/works/qurbani-mirzali-xan-ile-deyisme
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Ey ağalar, bir yarın həsrətin çəkərəm,Nolaydı Tanrı nəsib edəydi.
Gəraylı: Könül, gəl sevmə xublarıKönül, gəl sevmə xublarıƏzəlcə bay edər səni
MişdiEy verən mollalara nisbət yalan Mişdi,Qənim olsun canına ayeyi-Quran, Mişdi
Aşıq Valehin Abdulla Canızadəyə ikinci şeiriAşıq Valehin Abdulla Canızadəyə İkinci şeiriGəldi mehman ki, sən ey hacı Zəvvar Hüseyn,