Əlimdə son kibritimSöndü sənin ahından.Səni öpdüm, kiritdim,Dedim; keç günahımdan.

Ay işığı buladıGözlərinin yaşına.Sən məni bağışladınBəlkə ay işığına.

Qaranlıqda oturduqBiz üz-üzə, diz-dizə.Nə mən sənə baxırdım,Nə sən mənə...

Nə isə...

Bu gecəni varağaYazmaq olmaz - günahdı.Bu gecə keçdi daha,Aç gözünü, sabahdı.

Bir azca gecə qalıbGözlərinin içində,

O da uçub gedəcəkSən gözünü açanda.

Bu gecənin sirriniYuyacaq bu dəniz də.Bizdənbu qumlar üstəQalmayacaq bir iz də.

Balıqlar danışacaqBu sirri bir-birinə.Balıqlar daşıyacaqBu sirri lap dərinə,Lap dənizin dibinə...

...Balıq dili bilən yox,Bu sирrіn səsi çıxa.Bu dəniz quruyandaSирrimiz üzə çıxar...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов