Bu şeri də cırıb atdım,Uçdu kağız parçaları.Göydə quşlar dimdiklədiMisraları, hecaları.

Hər sözüm -bir quşun dəni,Dimdikləndi dərdim-qəmim,Dimdikləndi bu qəlbiminAğrıları, acıları.

Bəxtim açıldı bu sabah,Göydə uçan şerimə bax!..Axır ki, ucaldım, Allah,Mən də gördüm ucaları...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов