Bir quş kimi uçdum özüm,Bir budaqtək qondum sənə.Mən sənə inandım, sözüm,Mən sənə aldandım, sənə.

Bu dünyadan üz çevirdim,Tək səni sevdim-sevildim,Tək sənin dadını bildim,Tək sənə dadandım, sənə.

Sən məni tutdun qarğıştək,Ayrılmadıq gözlə qaştək,Divara hörülən daştəkHörüldüm, suvandım sənə...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов