Çıxır
V. Bayatlıya
Ələ qələm alan kimi,Sətirlər qaralan kimi,Köynəyə çıxan qan kimiKədərim varağa çıxır.
Canımda sözlər sıxılır,Artır, üst-üstə yığılır,Yüz nəğmə batır, boğulur,Bir nəğmə qırağa çıxır.
Küsən çox şair sözündən,Öpən yox şair gözündən,Şeirin astarı üzündənBaha çıxır, baha çıxır...
Kitabxana.az · https://kitabxana.az/ru/works/ramiz-rovsen-cixir
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Nəfəs: Ölməzdən əvvəl öldülər
Ölməzdən əvvəl öldülərHaqq yolunun aşiqləri
HəsəninYarə deyin bizdən qarğış almasın,Yerdə qalmaz ah-zarı Həsənin,
DərdimiAllahı sevərsən a Loğman həkimVarım deyim dağa daşa dərdimi
Mürəbbə: Nə fəğan eylərsən, ey dəli könülNə fəğan eylərsən, ey dəli könül,Dünya xublarının yoxdu vəfası.