Hər gecəəsgərlər keçər kəndimizdən;Keçərkəndimizin keçən davadaölən cavanlarısəssiz-səmirsiz...

...Təkcə xəstə Əliş görər onları,davadan başında qalan havadangecələr ağrıdan yata bilməyənxəstə Əliş,Onların dalıncayüyürüb-yüyürüb çata bilməyənxəstə Əliş.

Papiros istəyər onlardan Əliş,Papiros çəkəndəağrını bir azca unudan Əliş.Tənbəki bükərlər Alışdan ötrübir qəzet parçasına,bir məktub varağına,Tullayarlar yolun bir qırağına.Əliş papirosu götürər,çəkməz...

Əsgərlər, əsgərlər gedəndən sonra,Əsgərlər lap gözdən itəndən sonrayolun o başındangələr Ziba nənə,bu ilin qışında ölən Ziba nənə.

Soruşar:– Əsgərlər keçmədi ki?Əsgərlər içindəİskəndər keçmədi ki?!..

Əliş:– Yüyür - deyər, - bəlkə çatarsan.Qaçar Ziba nənə, yüyürər,çatmaz...

...Və beləcəƏliş ölənəcənhər gecəəsgərlər keçər kəndimizdənvə Ziba nənə gecikər,çatmaz əsgərlərə,çatmaz İskəndərə...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов