Tərs nəğmə
Yazmadığım şeirləriPozuram ömrüm uzunu.Gəzmədiyim şəhərlərdəAzıram ömrüm uzunu.
Toyda ağlamağım gəlir,Yasda gülmək tutur məni.Yasda sevinirəm; sağam!..Toyda ölmək tutur məni.
Mən öləndə, - məni bəlkəBeşikdə aparar balam.Başım üstə layla çalıbQəbri mi yırğalar anam...
Kitabxana.az · https://kitabxana.az/ru/works/ramiz-rovsen-ters-negme
Клавиши ← → для перехода, R — случайное стихотворение