Başı kəsik gözəl kötük,bu dağı sənə kim çəkdi?Baltanı sənə kim vurdu,bıçağı sənə kim çəkdi?İpək-ipək yarpaqlarınküləklərlə talandımı?Bilək-bilək budaqlarınocaqlarda qalandımı?Küsdünmü taleyin acılığından?Zalımlar keçmədi qocalığından,Yıxıldın ucalığından,başı kəsik gözəl kötük...

Gözəl kötük. sızıldama, göynəmə,nə baltalar, nə bıçaqlar qalacaq.Ucalıqdan yıxılsan da. qəm yemə,sən yıxılan ucalıqlar qalacaq.

Dünyanın küləyi keçər,qarı, yağışı keçər,Qatar-qatar quşu keçər.Daş atarlar, daşı keçərsən yıxılan ucalıqdan.

Ümidli gözlər dikilər,Körpə ağaclar yekələr,Yekələr, qalxar, dikələrsən yıxılan ucalığa...

Məndən sənə salam olsun,başı kəsik gözəl kötük!Balam olsa, balan olsun,başı kəsik gözəl kötük.

Əyilim, köksünə başımı qoyum,gecələr laylamı çalasan mənim.Böyründə bir evin daşını qoyum,evimin dirəyi olasan mənim.

Gözəl kötük,yaraların köz bağlasın, sağalsın,Bu dünyada nə baltalar,nə bıçaqlar qalacaq.Ucalıqdan yıxılsan da,yenə canın sağ olsun,Bu dünyada.sən yıxılan ucalıqlar qalacaq...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов