İlahi, bu yuxu nə pis yuxuydu,Gecə yuxumuza girmişdi dəniz.…Yüyürdük sahilə -dəniz yoxuydu,Biz gəlib çatınca ölmüşdü dəniz.

Dəniz qurumuşdu göz yaşı kimi,Nə suyu qalmışdı, nə balıqları.O ölən dənizinbaş daşı kimiDikəlib qalxırdı qayalıqları.

Hər qaya dibindəbir su pərisi,Pərilər yas tutub ağlaşırdılar.Axtara-axtara itən dəniziGöydə qağayıllar çığrışırdılar.

Əliboş qalmışdı balıqçılar da,Neçə tordan çıxıb qaçmışdı dəniz.Görəsən yerəmi batmışdı dəniz?Görəsən göyəmi uçmuşdu dəniz?

Hər tərəf qum idi; qupquru, dən-dən,səhraya dönmüşdü bu dəniz daha.…Birdən balıqçılar qopdu yerindən,cumdu pərilərdən acıq çıxmağa.

Bütün əldən çıxmış o balıqların,Bütün olmuşların, olacaqların,bütün bədbəxtlərin acığını da.Evdə yol gözləyən ac uşaqların,kifir arvadların acığını da.

Pərilər qışqırıb haray çəkirdi,Yetişə bilmirdi haraya quşlar.Havada çırpınıb lələk tökürdü,Çırpırdı özünü qayaya quşlar.

Hər qaya dibində bir su pərisi:– İlahi, - deyirdi, - hardasan, harda?!Sonra pərilərin kəsildi səsi,Sonra çıxıb getdi balıqçılar da.

O ölən dənizdən axı nə qaldı?Qum örtdü, gizlətdi son ləpirləri.Qum üstə bir ölü qağayılardı,Bir də ki, zorlanmış su pəriləri...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе