Kölgə
Sənin kölgən düşür burda hər şeyə;Bu evə-eşiyə,yorğan-döşəyə,Körpəm mışıl-mışıl yatan beşiyəsənin kölgən düşür gecəbəgündüz.Kölgən düşürqadınının üzünə,Gizlədir üzünün eyiblərini...
...Ağac kölgəsinə,daş kölgəsinə,Maşın kölgəsinə, quş kölgəsinəilişir, dolaşır, qarışır kölgən.Bütün kölgələri çəkib canınatəzədən canıma daraşır kölgən.
Görəsən, bir azca səni unudubbirtəhər başımı qatarammı heç?Görəsən, kölgənin ucundan tutubgəlsəm, gəlsəm sənə çatarammı heç?
Bəlkə ən dözümlü kölgədi kölgən,qırılan, cırılan, sökülən deyil.Tanrı kölgəsidi, bəlkə də, kölgən,ölüncə üstümdən çəkilən deyil.
Gecələr kölgənlə üstümü örtübyuxlaya biləydim bu dünyada kaş.Kölgənə üzümü-gözümü sürtübağlaya biləydim bu dünyada kaş.
Ağlaya bilmirəm...yağır yağış-qar.Çöldə kölgən qalır yağış-qar altda.Keçir kölgən üstənağır maşınlar,Kölgən tapdalanır– ayaqlar altda.
Kölgən dirsəklənib daşa-torpağadikəlmək istəyir, qalxmaq istəyir.Dayanıb mənimlə qabaq-qabağagözümün içinə baxmaq istəyir.
Tez-tez bu şəhərdə aldanır gözüm,sən donda görükür gözümə qızlar.Bəlkə parça-parça doğrayıb-kəsibkölgəndən don tikib özünə qızlar.
Kölgənə nə qədər əllər uzanır,o küncə-bu küncə qısılır kölgən.Aylar ötüb keçir, illər uzanır,günbəgün gödəlir, qısalır kölgən.Kölgən qısaldıqcauzaqlaşırsan,Bəlkə də, hardasa çılpaqlaşırsan...
Beləcə sən məndən, mən səndən uzaqölüncə yaşarıq tək-təkdünyada.Hələ bircə qarış kölgən qalıbsa,mən qərib deyiləm, demək, dünyada.
Bir gün sən hardasa dil-dil ötəndəson sözüm kölgənə yazılar sənin.Kaş ki, vaxt bitəndə, əcəl yetəndəqəbrimi kölgəndə qazalar sənin...
Kitabxana.az · https://kitabxana.az/ru/works/ramiz-rovsen-kolge
Клавиши ← → для перехода, R — случайное стихотворение