Gəl bura, birgə oxuyaq
Gəl bura, birgə oxuyaq,Görək nə çıxır bundan,Uzaqda fit verən qatar,Kaş çıxmasın yolundan.
Kimdən istəyirsən, soruş,Məni tanımır heç kəs,Odur qorxma, gəl oxuyaq,Sən iki səs mən heç səs...
Qatar burdan yaxşı keçdi,Bir şey olmadı, şükür,Oxu, əsl məqamıdır,Ay doğur, gecə çökür.
Başla, xısın-xısın ağla,Arabir dizinə vur,Belə oxu, bu yerlərinBaşqa nəğməsi yoxdur...1986
Kitabxana.az · https://kitabxana.az/ru/works/vaqif-semedoglu-gel-bura-birge-oxuyaq
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Ey Qasım bəy, əcəb dövranə çatdıq,Mərdə indi olmaz başü can gərək!
Qəzəl: Başdan ki xəyali-kəcrəv kakilə düşdümBaşdan ki xəyali-kəcrəv kakilə düşdüm,Təng oldu ara yerdə işim, müşkilə düşdüm
Çığalı müxəmməsDilbər, sənin ol gülşən-ü gülzarına qurban,On dörd gecəlik ay təki ruxsarına qurban,
Əlim əlinə dəydiƏlim əlinə dəydi:Gözümdə güldü çəmən,