Düşdü paltarınla o gün parketə,İctimai fikir, dövlət, gələcək,O gün keçən kimi boş qaldı içim,Qaraçı köçünün köhnə yeritək.

İndi Şüvəlandan keçən yolların,Hamısı birləşib yanvara dönür,Fəsilsiz illərə gedəcək indi,İyunsuz, iyulsuz, avqustsuz ömür.

Kimə ağız açım, kimə yalvarım,İndi Şüvəlandan Buzovnayadək?Danışa bildiyim o az günlərdən,Beş-altı söz qaldı, iki-üç köynək.

Gərəksiz, işlənmiş şeylər atılıb,Bağlar arasının dar yollarına,Dünya qulaq asır bu yay gecəsi,Hasar qonşumuzun köksüz tarına.

Bilirəm, bu gecə nə olur-olsun,Yuxuma yenə də atam girəcək,Ulduzlar sayrışır vətən göyündə,Ölən balıqların çırpıntısıtək...

1964

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов