Bülbül əgər şikayət edər cövri-xardən
Bülbül əgər şikayət edər cövri-xardən,Yoxdur davamı, təngə gəlib ah-zardən.
Aşiq gərək həmişə çəkə yar cövrünü,Hərgiz şikayət etmə əğyara yardən.
Eşq aləmində bülbülü gül sərgəştəsən,Pərvanə yana-yana sual etdi nardən.
Pərvanəyə cavab verib şam sözlə,Bülbül sözün soruşma, meyi-biqərardən.
Nə güldə vardı vəfa, nə bülbüldə bir səfa,Aşiqləri salıblar bunlar etibardən.
Bülbüldə, güldə zahir olan eşq hüsnündən,Qılmaz əsər, əgər keçə beş gün bahardən.
Aşiq odur həmişə gərək ahü-zar edə,Gər olsa nalası, gələ künci-mazardən.
Məşuqə yanmasa özü, yandırmaz aşiqi,Hüsn olmayanda eşq düşər iqtidardən.
Ey yar, sən də gül kimi gəl olma bivəfa,Bu bülbülü xilas eylə bu nəngüardən.
Yandır o şəmi-ruyinə bu cismi-zarımı,Pərvanə tək qurtar məni bu intizardən.
Bax şəmə ibrət ilə, eşit gül məzəmmətin,Məhşər günündə xovf eylə Pərvərdigardən.
Al Sidqini kənarına, qəmdən xilas eylə,Qoyma qəriblər kimi baxsın kənardən.
Kitabxana.az · https://kitabxana.az/ru/works/sidqi-bulbul-eger-sikayet-eder-covri-xarden
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Əvvəl məni əcəb özünə həmdəm eylədin.Axır salıb bəlaya, ənisi-qəm eylədin.
Gizlin salıb xəyalə səni, gizlin ağlaramGizlin salıb xəyalə səni, gizlin ağlaram,Artar, xəyalıma səni saldıqca həsrətim.
Cana, bu sözlərin məni çox gətirdi riqqətəCana, bu sözlərin məni çox gətirdi riqqətə,Amma necə davam eyləyim dərdi-firqətə?
Könül bir bülbüli-şeydadı, gül eşqində nalandırKönül bir bülbüli-şeydadı, gül eşqində nalandır,Gözüm əbri-bəla tək qamətin hicrində giryandır.
Стихи других поэтов · О любви
Əcəb hüsnü əcəb tale, əcəb şəmsü, əcəb taban,Əcəb qüdrət, əcəb sane, əcəb xaliq, əcəb sübhan.
AğlayıbdırSəhərdən vardım köyünəGördüm yarım ağlayıbdır
Gözlerünün ohına ben şâhâ nişâne gelmişemGözlerünün ohına ben şâhâ nişâne gelmişemMüşkile düşdügüm bu ki zülfüne şâne gelmişem
OlacaqsanMən eylə bilirdim kı, mənə yar olacaqsan,Aləmdə məne yari-vəfadar olacaqsan,