Bir bəzm ola ki, bir mən olam, bir də yar ola,Gülzar ola, çəmən ola, fəsli-bahar ola.

Hərgiz o bəzmə olmaya biganənin yolu,Əğyarlar, rəğiblər ondan kənar ola.

Saqi o bəzmdə döşəyə mey büsatını,Mən məst olanda yar içə, məndən xümar ola.

Bir yanda cami-mey ola, bir yanda həm kabab,Bir əldə stəkan ola, bir əldə tar ola.

Gəh qollarım həmayil ola yar boynuna,Gahi üzüm üzündə, gözüm əşkbar ola.

Gahi əlin mən əlimə alam, gah zülfünü,Gahi düşəm ayağına, cismim qubar ola.

Gahi çəkəm kənarıma, ləli-ləbin öpəm,Biganələr kənara gedib, şərmsar ola.

Çoxlar yazıbdı şeri-dilaviz, inanmaram,Sidqi kimi zəmanədə mətləbi-nigar ola.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви