Eşqin özündədirQəribə sirlər,Məgər şirin sözdənKüsərmi insan?Artar küsəyəninPayı, — deyirlər.Sənə sevgim artırSən küsən zaman!

Bəzən yol açırsanKimsəsizliyə,Qalıram dəryadaTək ada kimi."Xudafiz" — deyirəm,Bilmirəm niyə,Səninçin səslənir"Əlvida" — kimi?!

Sənə tapılarmıTay küsəyənim?Qulluq edənim yox,İş görənim yox.Axı sən küsəndəAy küsəyənim,Mənim küsü aşıBişirənim yox!

Eyni ürək vururİki sinədə,Mənim bir sevimliKüsəyənim var.Səhər ayrılırıqAxşam yenə dəKüsəyən adındaGözləyənim var!11 may 1999

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов