(Nəğmə)

Duyğular yol alırHər an ürəkdən,Ayrılıq gününüİl sanıb gedir.Görüş həsrətiləVuran ürəkdənBir ümid körpüsüUzanıb gedir.

Könül ümmanındaCoşar tufanlar,Sevgi vadisindəÇağlayan seldir.Hər gün bir-biriniGörər insanlar,Fəqət, görmək hələGörüş deyildir.

Eşqin ucası var,Eşqin ulusu,Səslənən ürəyinQəm telləridir.Duyğular bizimçinGörüş arzusu —Xəyallar bizimçinGörüş yeridir.

18 may 1999

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви