Vüsala yetməkdir — arzu dünyada,Ağ günü gözləyib qara geyən var.Ən böyük həqiqət sevgi olsa da,Yalandan gözələ "sevdim" deyən var.

Sanıram ümidlə tale dinəcək,Torpaq sevinəcək, göy sevinəcək.Səmadan ilahi mələk enəcək,Mənə elə gəlir qapı döyən var.

Ümidsizlik nuru artıq sönürmüZülmətdə parlayan incimi, dürmü?Sahilsiz məhəbbət geri dönürmü?Ümman yoxdursa da, ləpədöyən var.

Dinimmi, o məni səsləməsə də,Gedimmi, o mənə “gəl” deməsə də?!Kaş bilsin, o məni gözləməsə dəYollar ayrıcında yol gözləyən var!

2 yanvar 1998

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви