Mən niyə doğuldumDünya üzündə?Bilmədim min qaya,Min uçurum var!Yer üstə ilk qədəmAtdığım gündə,Bilmədim bu qədərAğır yolum var!

İllər pərvazlandıAğ qanad kimi,Başım Aya dəydi,Ulduza dəydi.Yollar şahə qalxanKöhlən at kimi —Elə bil cilovuƏllərimdəydi.

Keçdi sərhədlərinLal məhvərindən,Ümmanlar qoynunaBaş vuran yollar.Sinəmin üstünəSərildi birdənGecə kəhkəşan təkAğaran yollar.

Dağlar dumanlıydı,Zirvə buluddu.Köksümdən axırdıSöz düzüm-düzüm.Yolu dolu vurdu,Yolu buz tutdu,Yolsuz yollardan daYol tapdım özüm!

Bilmədim "dilənçi","Yolçu" sözləri,Nə üçün bənzərdirƏzəldən bəri?

Nə yollar yoruldu,Nə mən yoruldum,Ac ellər gördüm ki,Ah qalxdı göyə.Dilənçi olmadım,Mən yolçu oldum,Deyəsən az qalırDilənçiliyə!

28 avqust 1999

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов