Xocalıda ərik ağacı
"Atamı, anamı Xocalıda öldürdülər. Ərikağacımızı yandırdılar... İndi yuxulardahəmişə ərik ağacımızı çiçəkləyən görürəm"Qızcığazın dediklərindən
O, yandı, atəşitutdu aləmi,Endi yerə Günəş —göylərin tacı.Qanlı cinayətəabidə kimi,Yüksəldi qapqaraərik ağacı.Rəzalət səsləndibütün cahanda,Bu alçaq adınayaraşır ancaq!Ağac sahibinəgüc çatmayandaAğacın özündənintiqam almaq!Sən ey həqiqətiunudan yağı,De, nə edəcəksənbəs qisas çağı?Qışın yuxusundanoyandı torpaq,Dünyanın gözləriərikdə qaldı.— Bahar — nəfəsinidünyada torpaq,Köklərdənbir şiv ucaldı.Əziz anasıdırVətən — ağacın,Ana gözlərininyaşı dayanmır.Doğma torpağındabitən ağacın,Budağı yansa da,kökləri yanmır.Əriyin bir yenibudağı doğdu.Budağa ana təksüd verdi köklər.Ucaldı səmaya,günəşə doğru,Gəldi bu torpağısəcdəyə göylər.Bir ayda boy atdıbudaq bir qulac,Dağ onu oyatdıöz nəfəsiylə.Dünən yuxulardagül açan ağac,Bu gün çiçəklədiyaz nəfəsiylə.Yad gözlər ağacakinlə baxdı ki...Əllər göy budağıkəsməyə gəldi.Göylərdə elə birşimşək çaxdı ki,Şivlər kəsilmədi,əllər kəsildi.Çiçəklər torpağınarzu-kamıdır,Gündüz də düşmənçingecə olacaq...Bu hələ təbiətintiqamıdır,Gör insan qisasınecə olacaq!Qızım, körpə budaq —çiçək açdıqca,Qəlbin ora qonangöyərçin oldu.Günəş yolumuzaişıq saçdıqca,Sənin yuxularınqızım, çin oldu!
Kitabxana.az · https://kitabxana.az/ru/works/nebi-xezri-xocalida-erik-agaci
Клавиши ← → для перехода, R — случайное стихотворение