Sevinclə ucalan,Dərdlə əzilən,İnsan Allah deyəArzuya yetsin.Yıxıla-yıxılaDünyaya gələn,Yıxıla-yıxılaDünyadan getsin?

Ağrılar üstündənGəlir ağrılar,Ayaqlar dünən dost —Bu gün yağılar.

Vallah lap ölüməMən hazıramsa,Şeirdən ayrılaBilmirəm ki, mən.Yıxıla-yıxılaMən yazıramsa,Yaxıla-yaxılaOxuyur düşmən.

Sızlayır bədəndəDərin yaralar.Ayaq ağrılarıHər dərddən müdhiş.Yıxıla-yıxılaGələn misralarPaxıla sovqatdır,Yaltağa bəxşiş!

Doğma ayaqlarımMənə gərəkdir,Əzim yollardakıDaşı, kəsəyi.

Əsa kimə arxa,Kimə bəzəkdir.Əsla istəmirəmƏsa bəzəyi.

Arzum nədir? KeçimDüzdən, dərədən,Görüm ağ çalmalıŞiş dağlarımı!Allah, şikəst ömürDiləmirəm mən,Allah, qaytar mənəAyaqlarımı.

1 avqust 2004

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов