Toyqabağı düşüncələr
Sevginin əlindəZərif oxu var,Tuşlayır ürəklərQovuşsun — deyə.Qəlblərin arzusuİnam, etibar,Sevənlər mələk təkUcalsın göyə.
Bir könül tənhadırİki qəlb xoşbaxt.Onlarçın yol açırZaman ilə vaxt.
Onlar mələklərinQanadlarında,Sirrini öyrənirGöy və yerin də.Nəsil də gözləyirÖz adlarında.İnamı bəsləyirÜrəklərində.
Nişan da taxılırNişanə üçün,Toy-zifaf gecəsiQoşa bir ömrün.Nişan doğmalığınİlk addımıdır,Yeni bir dünyayaQədəmlər atır.
Əsl şadyanalıqMəhəbbət eylər,Kim bunu unutsaQəbahət eylər.
Ürəklər qoy sevsinBir ömür qədər.Əllərə əbədiQovuşsun əllər.Birləşsin insanınNəcib əməli.Allah doğma etsinİki taleyi!Olsun ailəninMöhkəm təməliPolad mətinliyiQız zərifliyi.
7 avqust 2004
Kitabxana.az · https://kitabxana.az/ru/works/nebi-xezri-toyqabagi-dusunceler
Клавиши ← → для перехода, R — случайное стихотворение