Hökmü fərma olanın,hökmü rəvan gərəkdir,Nəyə lazım kükrəyib,sellər kimi çağlamaq?Bil, haqsızlıq haqsızabəla gətirəcəkdir,Bir də böyük bəladır —qəzəbə bel bağlamaq.

Hər insanı uca gör,öz obanda, elində.Nədir kimi sevməkçin,kiməsə kin saxlamaq?Qəddarlıq kor qılıncdırhökmdarlar əlindəSahibinə dağ çəkərsinələri dağlamaq!

Tərif atı yeyindir,qürur atı ceydaraq,Yaraşarmı qüruruhaqsızlıqla haqlamaq!Qarşıya çıxacaqdırdərin dərə, uca dağ...Ancaq çəmənə baxma,qar tökən dağına bax!

Coşqun tufana dönür,ədalətin gur səsi,Evlər yıxdın,yıxıldın,faydasızdır ağlamaq!Qan-qadalı yolundanZaman saxlar hər kəsi,Kim, bacarmış ZamanıÖz yolundan saxlamaq?21 avqust 1999

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов