Axşam...Göy fikirli...Dəniz nigaran...Bəs orda,DağlardaNecədir axşam?Mən baxan dağlara,Ay mənsiz baxan,Sən baxan dənizə sənsiz baxıram.

Fikirlər əriyirDumanlar kimi,Səsim sahillərdən zirvəyə çatır,Orda çaylar axır ümmanlar kimi,Burdasa dalğalar dağlar boydadır.

O yerdə çırpınır qəlbim haçaqdır,Səslənir dağların ağ zirvəsindən.Demə ki, dağlardan dəniz uzaqdır,Dəniz ki, başlanır dağ zirvəsindən.Dəniz dalğalanar hər səhər-axşam,Qarı əridikcə uca zirvənin.Əgər sən dağsansa, mən də ümmanam,İlk damlam zirvəndənBaşlanır sənin.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе