Bir sevgi gəmisi sahilə çatdı,Göydən bulud endi, yer kölgələndi....Hədiyyə vermişdim, geri qayıtdı,Başıma dünyanın odu ələndi.Nə üçün, qayıtdı görən hədiyyə?Zaman dözümlüdür, insan səbirsiz.Dedim kədərimi əl açıb göyə:Ərmağan ürəyi bəs neyləyək biz?Bir səhər sevginin mehi əsəndəÜrəyim çırpındı mələk köksündə.Demirəm ürəyi qaytarsın geri,Məndədir bir ömrün döyüntüləri.Bir dünya dərdi də,Daşıyıram mən,Söyüd deyiləm ki, əsəm, əyiləm.İndi ürəksiz də yaşayaram mən,Bir daha heç kəsi sevən deyiləm.Tale qəzəb iləDillənəcəkdir,Küləklə nə gəlsə, gedər küləklə.Ürək ürəksizə daha gərəkdir,Bəlkə xoşbəxt ola bəxşiş ürəkləDönər karvan-karvanAndlar, vədələr,Dönər dağ da bilməz, qaya da bilməz,Yetim xatirələrQayıdıb gələr,Tapdanmış məhəbbət qayıda bilməz.

18-29 oktyabr 1994

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов