Bəlkə son gün gəlir,gəlir son axşam,Bəlkə son şerimi yazıram, dünya!Dünyadan dörd əlli yapışmamışam,Lap sabah köçməyəhazıram, dünya!Ümid məcrasınıqəmə çevirdin,Sevgi astanama sən kölkə salma.Dözdüm, saçlarımıyellərə verdin,Sən barı gözümün nurunu alma.Sənin əzabınacan gərək dözə,Gözlərdən axsa da yaş gildir-gildir.Əzabsız sevgilərsevgi deyilsə,Əzabsız dünya da dünya deyildir!İllər şəlalə təkşaqraq axırsa,Dərə günahsızdır,qaya günahsız.Sevgi məhvərindənbəşər çıxırsa,İnsan günahkardır, dünya günahsız.Dünya, nura çevir insan ömrünü,Ümid qapısınıaç aram-aram.Sevgi, məhəbbəti itirən günü,Əcəli könüllü çağıracağam.

29 may — 5 iyun 1994

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви